sehiyye.info

23 ilin prorektoru vəzifəsindən azad olunub - Yerinə baş stomatoloq gətirildi

23 ilin prorektoru  vəzifəsindən azad olunub - Yerinə baş stomatoloq gətirildi
2001-ci ildən Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru vəzifəsində çalışan Sabir Əliyev vəzifəsindən azad olunub.

Sehiyye.info xəbər verir ki,qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Nazim Adil oğlu Pənahov tədris və müalicə işləri üzrə prorektor təyin olunub.

Nazim Pənahov 7 noyabr 2016-cı il tarixindən ATU-nun elmi katibi vəzifəsində çalışıb. O, həmçinin səhiyyə nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə nazirliyin baş stomatoloqu vəzifəsini tutur.

Qeyd edək ki, bir neçə gün əvvəl ATU-nun elmi işlər üzrə prorektoru Bəylərov Rauf Oruc oğlu da vəzifəsindən azad edilib və yerinə Sultanova Məlahət Cahangir qızı təyin olunub.


İşdən çıxarılan prorektorlar ATU-da kafedra müdiri olaraq fəaliyyətlərini davam etdirirlər.



REKLAM