sehiyye.info

Bu xəstəlikdən əziyyət çəkənlər musiqi dinləsinlər

Bu xəstəlikdən əziyyət çəkənlər musiqi dinləsinlər
Musiqi dinləmək demans xəstələrinin narahatlığını azaldır.



Sehiyye.info xəbər verir ki, bu barədə İngiltərədə araşdırma aparılıb.



Kembric Musiqi Terapiyası Tədqiqat İnstitutunun akademikləri musiqinin əhval-ruhiyyəyə müsbət təsir etdiyini və dərman ehtiyacını azaltdığını vurğulayıblar.



Bildirilib ki, demans xəstələri sevdikləri musiqiyə təkrar-təkrar qulaq asdıqları zaman ürək döyüntüləri və hərəkətləri dəyişir. Eyni zamanda, musiqi beyni canlandırmağa kömək edir.


Akademiklər demanslı insanların musiqi dinləyərkən və dinlədikdən sonra daha az narahat olduqlarını, ümumi əhval-ruhiyyələrinin yaxşılaşdığını və müntəzəm musiqi seanslarından sonra daha az dərmana ehtiyac duyduqlarını qeyd ediblər.//sfera



REKLAM