sehiyye.info

Maral Tahirqızı kimdir? - Fahişəxanaya görə həbsə düşən, ölüm xəbəri yayılan müğənni

Maral Tahirqızı kimdir? - Fahişəxanaya görə həbsə düşən, ölüm xəbəri yayılan müğənni
“Bioqrafiya” rubrikasında müğənni Maral Tahirqızı barədə məlumat verir.

- Maral Tahirqızı Gülməmmədova harada və nə zaman anadan olub?

Doğum tarixini gizli saxlayan müğənni Borçalıda anadan olub.


- O, müğənniliyə başlamazdan öncə nə ilə məşğul olub?

“İlk iş yerim Zərif Mahal İstehsalat Birliyində olub. Hesablayıcı, anbardar, tikinti sahəsində kadrlar şöbəsinin rəisi, Arpaçay Assosasiyasında kadrlar şöbəsində, Yeyinti nazirliyində çalışmışam”- deyə Maral xanım bir müsahibəsində bildirib. Maral Tahirqızının müğənniliyə marağı olduğu üçün atası razı olmayıb və onu erkən yaşda ərə verib.

- Maral Tahirqızı hazırda ailəlidir?

Yox. Valideyni 16 yaşında ona toy edib. Maral Tahirqızı 2 il 6 ay ailəli olduqdan sonra ərindən boşanıb.

- Maral Tahirqızının övladı var?

Yoxdur.

- Maral Tahirqızı kimdən musiqi dərsi alıb?

"Mən xalq artisti Arif Babayev kimi sənətkardan 3 il dərs almışam. İfaçılıq sənətindən başqa bir çox yüksək vəzifəli yerlərdə çalışmışam"- deyə o bildirib.

- Maral Tahirqızı nə üçün həbs olunub?

2015-ci ildə, müğənni əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunur və buna görə 3 il azadlıqdan məhrum edilib. O, 2 il, 5 ay həbsdə olub. Özü ittihamları qəbul etməyərək belə demişdi:

“Esmira Vəliyeva adlı bir qadın vardı, gözəllik salonunda işləyirdi. Dedi ki, qaş alıram. Bir dəfə də estetik klinikada rastlaşmışıq. Yaşadığım ünvanı soruşdu, mən də dedim. Bildirdi ki, nə vaxt istəsən, gəlib üzünü, qaşını alaram. Sonra da bir neçə dəfə zəng vurdu. Deyirdim ki, Azərbaycanda yoxam, evdə deyiləm. Saat 12-dən 5-ə qədər fotosessiyada olmuşam. Gəlmişəm ki, beş saatdır, liftin qarşısında gözləyir. Dedi ki, gəldim, çay içək, söhbət edək. Gördüm arxasınca da bir qadın gəldi. Qadının kim olduğunu Esmiradan soruşanda bildirdi ki, qonşumdur, qadın həkiminə gəlib. Esmiranın təxminən əlli, qadının qırx yaşı olar. Mətbəxə keçdik. Üç-dörd dəqiqədən sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları içəri girdilər. Dedim ki, bu qadınları tanımıram. Sonuncu məhkəmədə də qərar çıxarılıb ki, mən Vəliyevanı tanımıram”.

- Maral Tahirqızı həbsxana həyatı barədə nələr danışıb?

“Orada da heç kimlə narazılığım olmayıb. Ancaq gözəl xanımlarla yanaşı, özlərini kobud aparanlar da var idi. Mən həbsxanadan dərs ala bilmərəm. Cinayətkardan nə dərs almalıyam? Cinayətkar aləmdən həmişə qaçmışam. Orada elə cinayət törətmiş insanlar var ki. Sadəcə, dözülməzdir. Elələri də var ki, kiminsə ucbatından ora düşüb. Həbsxanada məni sevənlər, cinayətkar xarakterli insanlar da vardı. Qəzetlər oxuyurduq, arabir filmlərə baxırdım. Amma xəbərlərin bir buraxılışını da buraxmırdım. Yanına gəlməyəni olanlara hörmət edirsən, sənin əvəzinə işləyir. Təxminən iki aydan bir altmış nəfərlik otağı yığışdırmaq növbəm olurdu. Onda da yanına gələni olmayanlardan birinə hörmət edirdim, əvəzimə təmizləyirdi. Hələ də mənə yuxu kimi gəlir ki, doğrudanmı, həbsxanada olmuşam? Çünki həbsxana mənim aləmim deyil. Kobud, ədəbsiz insanlar var. Bunlar elə çöldən gəliblər. Bunlar elə türmədə böyüməyiblər ki… Mən onlardan uzaq dururdum. Onlar onu hiss edirdilər. Orda nə qədər qadınlar var ki, adam öldürüblər. Öz-özümə deyirdim ki, gör mən gəlib hara düşmüşəm” deyə o bildirib.

- Həbsxanada olanda Maral Tahirqızının həmkarları onun görüşünə gəlib?

Bu barədə o belə deyib: “Heç bir həmkarım yanıma gəlməyib. Ancaq böyük bacım ayda iki-üç dəfə gəlirdi”.

- Maral Tahirqızı ikinci dəfə ailə qurmaq istəyir?

Bu barədə verilən suala o belə cavab vermişdi: “İnsan hər yaşında ailə qura bilər. Zövqümcə insan olsa, ailə qurmaqdan imtina etmərəm. Birincisi, alicənab, şəxsiyyətli olmalıdır, davranışını bilməlidir, mədəniyyəti yüksək olmalıdır. Yəqin ki, bir az da görünüşü və maddi durumu da gözəl olmalıdır ki, yaşaya biləsən”.

- Bir dəfə onun intim görüntüləri sosial şəbəkələrdə yayılmışdı, daha doğrusu iddia edilirdi ki , videodakı qadın Maral Tahirqızıdır. O buna necə münasibət bildirib?

"Heç vaxt belə şey ola bilməz. Çünki mənim elə hərəkətim yoxdur ki, yayılsın. Mən o cür çirkin hərəkətləri sevmirəm. Xahiş edirəm adımı belə hadisələrdə hallandırmayın. Onu kim edibsə, görüntüləri öz adı ilə yayımlasın. Bir neçə gün öncə videonu izlədim, oradakı mən deyiləm. O, arıqdır. Onu yükləyəni müəyyən yerlərə şikayət edəcəm. Hər şeyi bağışlaya bilərəm, amma bunu yox”- deyə müğənni bildirib.

- 2019-cu ildə Maral Tahirqızının ölüm xəbəri yayılıb?

Bəli. Onun yol qəzasında həlak olduğu bildirilmişdi.

- Maral Tahirqızı sənətini lağa qoyanlar haqqında nə düşünür?

“Mənim Qızıl Fondda 36 mahnım var. Məni tənqid edənlər özlərini tanımayan kobud, tərbiyəsiz adamlardırlar” deyə o bildirib.



REKLAM