sehiyye.info

Quş ətinin xeyiri,vitaminlərlə zəngin ...

 Quş ətinin xeyiri,vitaminlərlə zəngin ...
1.Toyuq əti .
Sehiyye.info xəbər verir ki,bir çox başqa quşların ətindən daha incədir. Yumurtlamamış fərələrin və cavan xoruzların (beçələrin) əti əla olur. Toyuq əti çox qida verir və
xeyirlidir. Onun tərkibində mal və qoyun ətinə nisbətən daha qiymətli və insan orqanizmi tərəfindən daha yaxşı mənimsənilən zülallar və əvəz olunmaz amin turşuları vardır. Toyuq əti yağlı olsada o yağ orqanizm üçün çox xeyirlidir. Ona görə toyuq əti başqa quşların və dördayaqlı heyvanların ətindən faydalıdır.

2. Ördək əti - Təbiəti isti və qurudur, piyi piylərin yaxşı növü hesab olunur. Ondan müalicə vasitəsi kimi istifadə olunur. Ördəyin yumurtası daha tez həzm olunur.
3. Qaz əti - Ordək ətinə yaxındır, lakin bir qədər bərkdir. Ördək ətinə nisbətən bədənə daha çox istilik verir.

4. Vəhşi quşlardan - turaç, kəklik, qırqovul, bildirçin əti dadlı və ləzizdir. Goyəçinkimilərdən alabaxta əti nisbətən keyfiyyətlidir.

5. Dovşan əti - Qidalanma zamanı qatı və keyfiyyətli qana çevrilir. Keyfiyyətli pəhriz yeməyidir. Onun tərkibində zülal, dəmir, "B" qrupuna aid vitaminlər, habelə kalsium, fosfor, maqnezium duzları və başqa maddələr zəngindir.

6. Ceyran, cüyür, maral ətləri də xeyirlidir. Ceyran əti başqa vəhşi heyvanların ətinə nisbətən insan orqanizmi üçün daha münasibdir. Cüyür (əlik) əti maral ətinə nisbətən daha keyfiyyətlidir.//tibbi biliklər



REKLAM