Göygöldə 2 yaşlı uşaq vəhşicəsinə döyülüb - FOTO
Göygöl şəhərində 2 yaşlı uşaq şiddətə məruz qalıb.
Sehiyye.info xəbər verir ki,bu barədə Bakupost.az -a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Onun sözlərinə görə, Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini deyib:
"Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. O, Gəncə şəhər uşaq cərrahiyə şöbəsinə göndərilib. Hadisəni törədən şəxs həsb olunub".
Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb.