sehiyye.info

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü
Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.
Sehiyye.info APA-ya istinadla xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.
Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.



REKLAM