sehiyye.info

Tut bəhməzinin bitməz faydaları

Tut bəhməzinin bitməz faydaları
Tut bəhməzi ən çox tanınan, bişirilən və istifadə edilən bəhməz növüdür.
Sehiyye.info xəbər verir ki,tut təmizləyici xüsusiyyəti səbəbindən xüsusi şəfa qaynaqlarına malikdir. Bu bəhməz də möcüzələr anbarıdır. Elə isə, faydalarını sadalayaq:
Qanazlığı problemi olanlar mütləq yeməlidirlər. Çünki tut bəhməzi digər bəhməz növləri kimi bir nömrəli qan yaradan təbii maddədir.
Mədə xəstəlikləri, xüsusilə də xoraya qarşı tut bəhməzi çox yaxşı vasitədir.
Astma və bronxit xəstəliklərinə qarşı rahatlaşdırıcı təsiri var.
Soyuğa və soyuqdəyməyə qarşı tut bəhməzi yeyin. Bədən müqavimətini və bədən istiliyini artıran xüsusiyyətə malikdir.
İdmançılar üçün enerji qaynağıdır.
Uşaqların böyüməsi və inkişafına kömək edir.
Uşaqların zəka inkişafına qatqısı böyükdür.
İki yemək qaşığı - 20 qram bəhməz insan bədəni üçün çox qiymətli olan 2 milliqram dəmir, 80 milliqram kalsium və enerji ehtiva edir.
Tut bəhməzi ilə qarqara etdikdə ağız və boğaz xəstəliklərinə qarşı təsirli olur.
Uşaqlarda tez-tez rast gəlinən ağızda pambıq yarası xəstəliyinə qarşı faydalı təsiri var.



REKLAM