sehiyye.info

Goranboyda məktəbdə bıçaqlanma olub? - Direktor danışdı - Yenilənib

Goranboyda məktəbdə bıçaqlanma olub? - Direktor danışdı - Yenilənib
Goranboyda bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bakupost.az -a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.



REKLAM