sehiyye.info

Mingəçevirdə 11-ci sinif şagirdi yıxılaraq xəsarət aldı

Mingəçevirdə 11-ci sinif şagirdi yıxılaraq xəsarət aldı
Mingəçevirdə 11-ci sinif şagirdi Abbaslı Əli Bəylər oğlu yıxılaraq xəsarət alıb.
Sehiyye.info "Unikal" a istinadla xəbər verir ki, məktəblinin əvvəlcə oxuduğu 8 saylı məktəbin ikinci mərtəbəsindən yıxıldığı iddia edilsə də, daha sonra onun yaşadığı binanın blokunda yıxıldığı məlum olub.
O, müxtəlif bədən xəsarətləri alıb və təcili xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, yeniyetmənin yıxılaraq xəsarət alması barədə polisə məlumat daxil olub. Valideyinləri övladlarının yaşadıqları binanın blokunda yıxılaraq xəsarət aldığını bildiriblər.



REKLAM