Azərbaycanda həkimi maşın vuraraq öldürdü
Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sehiyye.info "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.