sehiyye.info

Dünyanın ən kök insanı çəkisini 100 kq da artırıb - Sevgilisindən ayrıldığına görə

Dünyanın ən kök insanı çəkisini 100 kq da artırıb - Sevgilisindən ayrıldığına görə
2014-cü ildə "Ginnes" rekordlar kitabına düşən dünyanın ən kök insanı britaniyalı Pol Meyson bu il çəkisini daha 100 kiloqram artırıb.

Sehiyye.infonun məlumatına görə, buna səbəb 59 yaşlı Suffolka sakininin sevgilisindən ayrılması olub.

2014-cü ildə 445 kiloqram çəkiyə malik kişi bir müddət sonra əməliyyat olunur və 324 kq-a düşür. Sevgilisi ilə ayrıldıqdan sonra daha 100 kiloqram kökələn Pol Meyson bunu keçirdiyi stres nəticəsində iştah qabiliyyətinin artması ilə izah edib.

Hazırda onun çəkisi 420 kiloqramı keçib.(Trend.az)



REKLAM