sehiyye.info

Hansı onkoloji xəstəlik daha çox yayılıb.Həkim məsləhəti

Hansı onkoloji xəstəlik daha çox yayılıb.Həkim məsləhəti
Respublikamızda, eləcədə dünyada onkolojoi xəstəliklər sürətlə yayılır. Statistikaya görə onkoloji xəstəlikdən dünyada hər il 20 milyona yaxın adam dünyasını dəyişir.
Bəs bu xərçəngin ən çox yayılmış formaları hansılardır və ya hansı növündən insanlar daha çox ölür.
Bu suala cavab vermık üçün tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdıq :

Əslində bütün növ onkoloji xəstəliklər eyni inkişaf edir. Lakin,bu xəstəliyin ölümcül və ya ölümcül olmayanları var. Aradırmalara görə, ən çox respublikamızda qadınlarda süd vəzi xərçəhgi, kişilərdə isə mədəaltı vəz,prostat xərçəngi daha çox yayılıb.
Burada süd vəzi xərçəngi müalicə olunandır və ölümcül sayılmır. Ən pis halda şiş kəsilib götürülür və xəstə uzun müddət yaşaya bilir.
Qaldı ki, digər növlərə, o da bir neçə növə ayrılır:


Bədxassəli neoplazmalardan xəstələnmə və ölüm çox olan növləri :

Ağciyər xərçəngi

Özofagus xərçəngi

Mədə xərçəngi

Kolorektal xərçəng

Pankreas xərçəngi

Dəri melanoması

Döş xərçəngi (BC)

Qadın cinsiyyət orqanlarının bədxassəli yenitörəmələri

Uşaqlıq boynu xərçəngi

Uterus xərçəngi

Yumurtalıq xərçəngi

Prostat xərçəngi.

Nərminə həkim xərçəngin yayılmasının əsas səbəbləri haqqında bunları dedi :
Səbəblər müxtəlifdir. İndiki halda bir çox amillər var ki, xəstəliyi yaya bilir.

Hansı onkoloji xəstəlik daha çox yayılıb.Həkim məsləhəti

Ekzogen amillər - Günəşdən gələn ultrabənövşəyi radiasiya şişlərin yaranmasına səbəb olur.
Endogen amillər - insanın müxtəlif anatomik və fizioloji xüsusiyyətləri daxildir.
Bədənin bioloji xüsusiyyətləri - bədənin bioloji xüsusiyyətləri,onun yaşı.

Bütün hüceyrələrimiz həyatları boyu bir çox bölünmə dövründən keçir və hər bir belə dövrlə onların genetik materialında nasazlıqlar və səhvlər toplanır. Onların bir çoxu hüceyrənin daxili qoruyucu mexanizmlərini düzəldir, lakin buna baxmayaraq, onların ümumi həcmi xərçəngin səbəbi olan yaşla davamlı olaraq artır. Bu səbəbdən insan yaşlandıqca risk artır.
Burada irq və etnik mənsubiyyət də vacibdir. Qaradərililər Avropadakılara nisbətən iki dəfə az xəstəliyə tutulurlar.
Xərçəngdən əvvəlki xəstəliklər də bu xəstəliyin yayılmasına amil ola bilər.
Daha sonra isə, qəbul etdiyimiz ərzaq, hava, kimyəvi məhsullar və s.
Bildiyiniz kimi xərçəng xəstəliyi özünü biruzə vermir.Xəstəlik bir neçə il ərzində gizli öz işini görür.Biz ən axırıncı zamanda bunu hiss edir və həkimə müraciət edirik.
Yaxşı olar ki,mütəmadi olaraq yoxlamadan keçməkvə həkim nəzarətində olasız. Daha rahat yaşamaq üçün,əvvəlcədən profilaktik tədbirlər görmək üçün bu vacibdir.

Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207



REKLAM