sehiyye.info

52 yaşlı ana xəstə qızının əvəzinə uşaq doğdu

52 yaşlı ana xəstə qızının əvəzinə uşaq doğdu
52 yaşlı qadın qızının sağlamlıq problemləri səbəbindən nəvəsi üçün surroqat ana olub.

Sehiyye.info xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Kristi həmişə çoxlu uşaq sahibi olmaq istəyirdi, lakin maddi problemlər üzündən yalnız bir oğul və bir qız dünyaya gətirib. Onun uzun müddətdir uşaq dünyaya gətirməyə çalışan 28 yaşlı qızı Haydiyə isə nadir rast gəlinən anomaliya - iki uşaqlıq yolunun olması diaqnozu qoyulub. Haydi hamilə qalıb, lakin embrionlar normal inkişaf etməyib. Bu zaman həkimlər surroqat anadan istifadə etməyi təklif ediblər. Qızının əziyyət çəkdiyini görmək istəməyən Kristi ona kömək təklif edib. O, sağlam həyat tərzi sürdüyü və təqaüdə çıxdığı üçün özünü uyğun namizəd hesab edirdi. Yaşına baxmayaraq, həkimlər onun surroqat ana olmasına razılıq veriblər və əri də bu qərarı dəstəkləyib.

Doqquz ay sonra Haydinin qızı Ekko qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. "Mən ana kimi deyil, sevən nənə kimi xoşbəxtlikdən ağladım", - deyə Kristi etiraf etdi. Haydi özü uşaq dünyaya gətirmək arzusunda olsa da, seçimindən peşman deyil və fədakarlığına görə anasına minnətdardır.//publika



REKLAM