Haymorit haqqında. Həkim məsləhəti

Bəzi insanlar baş ağrıları,xüsusən də alın nahiyyəsində küt ağrılardan,burun axmasından və burun ətrafındakı ağrılardan şikayətlənir.Bu ağrıların səbəblərindən biri də haymoritdir.Qorxulu xəstəlik olmasa da, səbəbləri və müalicəsi barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənmək istədik.
Sehiyye.info xəbər verir ki, Nərminə Abbasova bu barədə öz bilgilərini açıqladı :
Haymorit ümumiyyətlə həm böyüklərdə, həm də uşaqlarda ola bilər, lakin kiçik uşaqların göstərdikləri əlamətlər fərqli olur. Müəyyən bir yaşda, onların bütün sinusları inkişaf etməmiş olur və daha çox etmoidit meydana gəlir. Bu, burunun etmoid sinusunun iltihabıdır. Bundan əlavə, uşaqlar bir az fərqli bir anatomik quruluşa sahibdirlər və orada da iltihablana bilən adenoid toxuma var. Ümimi olaraq deyə bilərik ki, 5 yaşa qədər uşaqlarda haymoritin görülməsi yox deyiləcək qədər azdır.
Haymoritin ümumi əlamətləri
sarı-yaşıl rəngli selik ifrazatı
tərkibində qan izləri olan selik ifrazatı
burun tutulması
nəfəsalmanın get-gedə çətinləşməsi
temperaturun zamanla artması
temperaturu bəzən titrəmənin müşayiət etməsi
anidən quru öskürəyin peyda olması
yaddaşın zəifləməsi
burnun üst hissəsində təzyiq və ağırlıq hisslərin yaranması
yuxunun pozulması
iş qabiliyyətin zəifləməsi
əzginlik, yorğunluq, ümumi halsızlıq hallarının yaranması
ağrıların alın, damaq və gözlərə yayılması
başı hərəkət etdirən zaman bəzən güclü ağrıların meydana çıxması
iştahanın pozulması
Haymorit də iki cür olur ,kəskin və xroniki
Kəskin haymorit![]()
Ağrının xarakterik simptomları yuxarı tənəffüs yollarının infeksiyasından bir həftə sonra baş verir. Xəstəliyin "iki fazalı" təbiəti axan burun, sonra burun tıkanıklığı, axıntı və üz ağrısı simptomlarının görünüşündən ibarətdir.
Xroniki haymorit simptomlar davam etdikdə və 12 həftədən çox davam etdikdə kəskin proses xroniki olur.
Kəskin haymoritin ən çox viral patogenlər tərəfindən törədilir. Xroniki haymorit polietioloji amillərlə təhrik edilir: bakterial infeksiya, anatomik xüsusiyyətlər, kəskin rinosinüzit və s.
Kəskin haymoritin müalicəsi simptomları azaltmağa yönəlib və xəstə sinüzitə qızdırma olmadan dözürsə və infeksiyanın yayılması əlamətləri yoxdursa, antibiotik tələb etmir.
Haymorit burunətrafı ciblərin, yəni sinusidlərin bir hissəsi sayılır. Əvvəllər əməliyyat kəskin ağız boşluğundan aparılırdı və daha travmatik formada icra olunurdu. Hazırda isə müasir endoskopiyanın inkişafı əməliyyatı xeyli asanlaşdırıb. Belə ki, əgər xroniki proses olarsa, burun dəliklərindən kənar əlavə kəsik aparılmadan qaymor boşluğuna daxil olunub oradakı çirk, irin və iltihab təmizlənilir. Sinusidlər davamlı, qalıcı olarsa, iybilmənin, görmə orqanının funksiyasının pozulmasına, beyin absesinə, görmənin zəifləməsinə səbəb ola bilər. Ona görə də simptomlar - iyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunarsa, həkimə müraciət edilməlidir”, - həkim qeyd etdi
Müalicəsi barədə
Haymoritin çox da sadə bir xəstəlik olmadığını və cərrahi müdaxiləyə belə səbəb ola biləcək ciddi bir xəstəlik olduğunu bildirməklə başlayaq. Müalicənin effektivliyi birbaşa xəstəlik növünün düzgün diaqnozundan asılıdır. Xəstəliklərin səbəbləri və növləri o qədər fərqli ola bilər ki, müalicə üsulları kökündən fərqlənə bilər. Sinuslarda iltihab və ya ağrı olduğu halda otlar, efir yağları, dəniz suyu və ya özünü masaj əsasında təbii vasitələr kömək edə bilər.
Qaymorit sinusların üstündə və ya burnun hər iki tərəfində yerləşən boşluqların selikli qışasının iltihabına uyğundur. Virus səbəb olduqda dərmansız da xəstəlik aradan qaldırıla bilər. Bu zaman burunun dəniz suyu ilə yuyulması daha yaxşı drenaj üçün ifrazatları incəldir və burnun daha tez açılmasını təmin edir. Bununla yanaşı, xəstəliyə səbəb olan virusları və mikrobları da yox edir.
Mayomed Tibb Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207