sehiyye.info

Uşaqlarda yüksək temperatur nədən xəbər verir.Həkim məsləhəti

Uşaqlarda yüksək temperatur nədən xəbər verir.Həkim məsləhəti
Qışın gəlişi bir çox problemlər yaradıb.
El arasında deyirlər virus yayılıb.Amma hansı virusdur,nə virusdur bilinmir.Görünən odur ki,uşaqlarda kəskin qızdırma müşahidə olunur.
Qızdırma ilə həkimə müraciət edənlər çox olduğundan həkimlər bunu müxtəlif xəstəliklərlə əlaqələndirir.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənib.
Nərminə həkim bildirdi ki,axır zamanlar qızdırma halları nəinki uşaqlarda ,böyüklərdə də müşahidəolunur.
Bu havaların soyuq keçməsi ilə ,orqanizmin temperaturunun tez tez dəyişməsi ilə əlaqəli ola bilər.
Uşaqlarda isə,temperaturun artması müxtəlif xəstəliyin əlamətləri ola bilər. Bu adi qripdən,soyuqdəymə ,qızılca və s kimi xəstəliklərdən xəbər verir.
Yüksək temperatur olarsa nə vaxt evə pediatr çağırmaq lazımdır?
Nərminə Abbasova bildirdi ki,bəzi hallarda temperatur özü özünə keçir.Əgər uşaqda nevroloji və damar xəstəlikləri varsa,solğun və ya mavi dəri, soyuq ətraflar, tez-tez dayaz nəfəs ilə müşayiət olunan yüksək temperatur varsa mütləq həkimə müraciət etmək lazımdır.
Simptomlar da müxtəlif olduğu üçün fikir vermək lazımdır ki,qusma və boş nəcis ilə,kəskin qarın ağrısı və s.
Əgər uşağın yaşı 3 aydan azdırsa. Temperatur 41 dərəcəyə çatırsa təcili tədbirlər görülməlidir.Xəstəxanaya yerləşdirilməli və xəstəliyin səbəbi araşdırılmalıdır.
Uşaqlarda yüksək temperatur nədən xəbər verir.Həkim məsləhəti
Temperaturun bir qədər artması hətta aktiv oyun zamanı da baş verə bilər və bir yaşa qədər uşaqlarda temperaturun 37,2-yə qədər dəyişməsi, başqa narahatedici simptomlar olmadıqda normal sayılır.

Körpənin qolları və ayaqları da daxil olmaqla isti olduqda və dəri çəhrayı və ya qırmızımtıl və bir qədər şıltaq olduqda, bu xəstəliyin əlverişli bir kursudur. Deməli bədən virusla özü mübarizə aparır.
Beləliklə, temperatur yüksəldikdə zərərli bakteriya və virusları məhv edən, xəstəliyə qarşı mübarizə aparmağa kömək edən antikorlar istehsal olunur. Buna görə də, onun dərəcəsi 38,5-dən çox olmadıqda temperaturun aşağı salınması arzuolunmazdır. Yalnız müəyyən nevroloji və ürək-damar xəstəlikləri olan uşaqlar istisnadır.
Və təbii ki, temperatur 39 dərəcədən yuxarı qalxarsa, temperaturu mütləq aşağı salmalısınız
Sonda Nərminə Abbasova bildirdi ki,uşaqların geyiminə fikir verməklazımdır.Bəzən valideynlər körpəniçox qalıngeyindirir.Körpə tər içində çapalayır,sonra soyundurub,altını dəyişən zaman həmən soyuqdan uşaq göyərir.Məncə valideynlərə müxtəlif məsləhətlər verilməsi vacibdir.Bunun üçün mütəmadi olaraq sahə uşaq həkimi ilə ünsiyyətdə olmalısız.


.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95



REKLAM