sehiyye.info

Həkimlər 3 ay əvvəl yıxılan yeniyetməni düzgün müayinə etməyiblər – Yaxınlarından İDDİA

Həkimlər 3 ay əvvəl yıxılan yeniyetməni düzgün müayinə etməyiblər – Yaxınlarından İDDİA
Səhv müalicə səbəbindən əlində problem yaranıb.

Sehiyye.info bildirir ki, Xezerxeber.az-ın xəbərinə görə, Kürdəmirin Çöl Qubalı kənd sakini, 17 yaşlı Ümid Məhhərəmov deyir ki, bu ilin aprel ayında örüş sahəsində heyvan otararkən atdan yıxılıb. Sağ əlində kəskin ağrılar olduğundan atası onu növbəti gün Kürdəmir rayon mərkəzi xəstəxanasına aparıb. Xəstəxanada müayinə zamanı həkim bildirib ki sağ əlin 3-cü və 4-cü daraq sümükləri sınıb.

Zərərçəkənin atasının sözlərinə görə, sarğı açılandan bir az sonra yeniyetmənin əlində ağrılar əmələ gəlib. Bununla bağlı övladının müalicə həkiminə, həkim-travmatolq Seyfulla Atamalıyevə məlumat verib. Həkim ağrıların sınıqlara görə normal olduğunu bildirib. Övladının ağrılara dözmədiyini görən ata, onu paytaxtdakı xəstəxanalardan birinə aparıb.

Məsələ ilə bağlı Kürdəmir rayon mərkəzi xəstəxanasından "Xəzər Xəbər"ə bildirildi ki, Ümid Məmmədov həkim travmatoloq müayinəsi üçün bu il aprelin 20-də müraciət edib. Həkim travmatoloq Seyfulla Atamalıyev "Xidmətlər zərfi" çərçivəsində müayinə etdikdən sonra rentgen müayinəsi üçün göndəriş verib. Rentgen müayinəsi nəticəsində sağ əlin 3-4-cü daraq sümüklərinin sınıqları diaqnozu təyin edilib, vətəndaşa gips sarğısı qoyulub. Bundan sonra Ümid Məmmədov bu ayın 17-də həkim Seyfulla Atamalıyevin qəbulunda olub. Həmin tarixdə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilib.

Orada isə vətəndaş üçün əməliyyat məsləhət görülüb. Qeyd edilib ki, yeniyetmənin atası Səfər Məhərrəmova "Xidmətlər Zərfi" çərçivəsində göstərilən tibbi xidmətlər və müqaviləli tibb müəssisələri barədə məlumat verilib. Hansı tarixdə müraciət edərlərsə, müvafiq köməklik göstəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



REKLAM