Qarpız çox yemək xeyirlidir
Hər birimizin çox sevdiyi qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsiy duzları və fol turşusu ilə çox zəngindir.
Sehiyye.info xəbər verir ki, tərkibində olan bütün vitamin və mikroelement bazası, qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır.
Məhz bu səbəbdən qarpız, xroniki hepatit və xolesistit zamanı istifadə olunur.
Tərkibində olan dəmir duzlarının miqdarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunu miqdarına görə isə birinici yeri tutur. Fol turşusu isə - qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.
Bundan əlavə qarpız- güclü sidikqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır ki, onlar qarpızın tərkibində banan və portağaldan daha çoxdur. Bu həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına və həmçinin sistitin müalicəsində kömək edir.
Qarpızın tumları da çox xeyirli sayılır. Belə ki, tərkibndə 20-25% yağ olur. Məhz onlardan qarpız yağı hazırlanır. Müalicəvi xüsusiyyətinə görə badam yağından geri qalmır, dadı görə isə zeytun yağına çox bənzəyir.
Bu meyvənin qabığı da xeyirli hesab olunur. Onun tərkbi vitamin və müxtəlif amin turşuları iə zəngindir.
Qarpızdan həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çixarılmasında istifadə olunur. BUna görə də, qarpız, cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlarda.
Qarpızın tumları həmçinin qurdqovucu təsirə malikdirlər. Müxtəlif parazitlərin müalicəsi və profilaktikasında geniş istifadə olunur.
Yalnız meteorizmdən əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.//Qafqazinfo