sehiyye.info

Qarpız piylənməyə səbəb olur?

Qarpız piylənməyə səbəb olur?
Qarpızın faydalarına baxmayaraq, qəbul miqdarını aşmamalısınız. Əks halda ürəkbulanma və mədə ağrılarından əziyyət çəkə bilərsiniz.

Sehiyye.info xəbər verir ki, bu sözləri diyetoloq Natalia Gridina Lenta.ru-ya müsahibəsində danışıb.

Mütəxəssis hesab edir ki, yatmazdan əvvəl (yatmazdan ən azı iki saat əvvəl) qarpız yemək olmaz. Bu, tərkibində çox miqdarda şəkər ehtiva etməsi ilə əlaqədardır. Məlum məsələdir ki, şəkər insulinin sərbəst buraxılmasına və nəticədə arzuolunmaz piylənməyə yol açır. Həmçinin, qarpızdakı çox miqdarda maye şişkinliyinə səbəb ola bilər.

Qarpızı acqarına da yeməyin, çünki bu, xoşagəlməz simptomlarla birlikdə iştahın həddən artıq artmasına gətirib çıxarır: ağrı, şişkinlik, ağırlıq və ürəkbulanma. Həmçinin ekspert bir oturumda 300 qramdan çox qarpız yeməyi məsləhət görmür.

"Tərkibində şəkərin çox olması səbəbindən qarpız şəkərli diabet və artıq çəkidən əziyyət çəkən insanlar üçün əks göstərişdir. Qarpızın böyük bir hissəsində həddindən artıq maye olması böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün zərərlidir. Qarpızın tərkibindəki kalium ürək ritmi pozğunluğu olan xəstələr üçün də arzuolunmazdır", - diyetoloq xəbərdarlıq edib.//publika



REKLAM