Üz temperaturu bu xəstəlikləri müəyyən edə biləcək
Alimlər müəyyən ediblər ki, üz temperaturu insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəliklərini müəyyən edə bilir.
Sehiyye.info xəbər verir ki, araşdırmanın nəticələri “Cell Metabolism” jurnalında dərc olunub.
Həkimlər 21 yaşdan 88 yaşa qədər 2800 çinli xəstənin üz temperaturunu müşahidə ediblər. Yaşlı iştirakçılar gənclərə nisbətən daha soyuq burun və daha isti göz kölgəsinə malik olub. Hipertoniya ilə əlaqədar yanaqlar daha isti olub. Şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti olub.
Alimlər 23 xəstədən hər gün 800 ip atlamalarını tələb ediblər. İki həftədən sonra onların "termal yaşı" 5 il azalıb.
Müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırırlar. Alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir, ona görə də onlar süni intellekt və istilik xəritələrindən istifadə ediblər.//publika