sehiyye.info

Yaxşı nəfəs almaq,yoxsa gözəllik ?

Yaxşı nəfəs almaq,yoxsa gözəllik ?
Son zamanlar respublikamızda burun əməliyyatlarına maraq artıb. Bu əməliyyatların estetik cəhətdən vacibliyi o qədər önəmli olmasa da,yaxşı nəfəs almaq üçün,burun ətini kəsib götürmək,və ya çəpər əyriliyini aradan qaldırmaq daha vacibdir.
Bu barədə tanınmış rinoplastik estetik cərrah Fuad Abdullayev öz fikirlərini bildirib.
Burun əməliyyatı – rinoplastika – estetik cərrahiyyədə ən çətin əməliyyatlardan biridir. Burun, üzün mərkəzi olaraq, xəstə və onun ətrafı tərəfindən xüsusilə həssas şəkildə qəbul edilir və onun forma və ölçüsündə dəyişikliklər tez-tez üzün ifadəsini və bununla da şəxsiyyəti dəyişir.

Əməliyyat tez-tez həm də burnun funksiyasını, yəni nəfəs almağı dəyişdirir və yaxşılaşdırır, yüksək estetik, funksional və psixoloji təsir göstərir, çünki xəstəni komplekslərdən azad edir və bədən və ruhun ümumi harmoniyasını təşviq edir.
Əməliyyata qərar verməzdən əvvəl ilk və çox vacib addım təcrübəli plastik cərrah ilə şəxsi məsləhətləşmədir. Burun forması və növü, nəfəs alma və ən əsası xəstəni əməliyyat qərarına gətirən motivasiya və mümkün psixoloji səbəbləri qiymətləndirmək lazımdır.

Cərrahın hər bir xəstəyə yanaşması tamamilə fərdi olur, çünki hər burun əməliyyatının özünəməxsus xüsusiyyətləri var.
Burun əməliyyatı üçün optimal yaş həddi böyümə və yeniyetməlik dövrünün sonundan (qızlar təxminən 16 - 17 yaş, oğlanlar 18 yaş) xəstənin təxminən 30 yaşına qədər hesab olunur. Üstəlik, bu, təkcə sağalma baxımından deyil - toxumaların kifayət qədər elastikliyi və uyğunlaşması, həm də psixologiya baxımından vacibdir .
Bəzən xəstələr narahat olur ki,burunda sallanma var,nəfəs ala bilmirəm və s.
Lakin bilmək lazımdır ki,sağalma prosesi 3 ay, hətta bir il də çəkə bilər.Bundan başqa ,sağalma və adaptasiya prosesi insanın psixoloji durumundan da asılıdır.
Məsləhət görərdim ki, nəfəs almada çətinlik varsa,burunda estetik əməliyyara zərurət varsa həkimə vaxtında müraciət edin.

Əlaqə nömrəsi :
0553410032
0513420094



REKLAM