sehiyye.info

Bəzi qidalar təhlükəlidir: Botulizmə yoluxa bilərsiniz

Bəzi qidalar təhlükəlidir: Botulizmə yoluxa bilərsiniz
Botulizmin ən çox yayılmış infeksiya mənbəyi konservləşdirilmiş qidalardır, ancaq hisə verilmiş, duzlu və ya qurudulmuş balıq yeməklə də yoluxa bilərsiniz.

Bu barədə rusiyalı infeksionist və pediatr Yevgeni Şapovalov məlumat verib.

"Botulizmə səbəb botulinum toksini istehsal edən clostridium botulinum bakteriyasıdır. Bu proses yalnız aşağı oksigen səviyyələrində, məsələn, germetik bankada gedir. Buna görə də, çox vaxt infeksiya konservləşdirilmiş qidaları istehlak edərkən baş verir: duza qoyulmuş və ya marinadlaşdırılmış tərəvəzlər, konservləşdirilmiş ət, balıq, tərəvəz, kompotlar və ya mürəbbə", - deyə infeksionist bildirib.

Həkim, həmçinin qeyd edib ki, botulizmə qurudulmuş, duzlu və ya hisə verilmiş balıqdan da yoluxmaq mümkündür: "Əgər məhsul hazırlanma prosesində düzgün emal olunmayıbsa, botulizmə yoluxmaq mümkündür. Ona görə də, balığı ancaq xüsusi dükanlardan almaq və onu soyuducuda, 3 dərəcədən çox olmayan temperaturda saxlamaq lazımdır".

"Evdə məhsulları konservləşdirərkən qabları hərtərəfli sterilizasiya etmək vacibdir. Həmçinin mağazadan şişmiş və ya zədələnmiş qutularda olan məhsullar qətiyyən alınmamalıdır", - Şapovalov əlavə edib.//oxu



REKLAM