Bu klinikaya yeni direktor təyin olunub.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.
Sehiyye.info xəbər verir ki, Klinikaya direktor vəzifəsinə universitetin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.