İyunda bu meyvə və tərəvəzləri yeyənlər həkim üzü görməyəcək
İyun ayına daxil olarkən türkiyəli professor Canan Karatay bu ay üçün tövsiyə etdiyi tərəvəz və meyvələri açıqlayıb.
Sehiyye.info xəbər verir ki, dərman əvəzinə təbii meyvə və tərəvəzləri tövsiyə edən Canan Karatay onların əksəriyyətini çiy yeməyi və ya çox az bişirməyi məsləhət görür:
- Yaşıl soğan
- Təzə sarımsaq
- Paxla
- Ənginar
- Kök
- Üzüm yarpağı
- Pərpərən
- İspanaq
- Təzə lobya
- Yaşıl noxud
- Qabaq
- Yaşıl bibər
- Xiyar
Professor xüsusilə də, yaşıl soğanın çox faydalı olduğuna diqqət çəkib. Təzə soğan antioksidantdır. Bu birləşmələr bədəni qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır. İmmunitet sistemini gücləndirir. Yaxşı bir C vitamini mənbəyidir. Xəstəliklərə qarşı müqaviməti təmin edir. Qan şəkərini balanslaşdırır. Xolesterolu aşağı salır. Ürək sağlamlığını qoruyur. Həzmə kömək edir. Xərçəng riskini azaldır. Xüsusilə bağırsaq, mədə və prostat xərçəngi riskini azaltmaqda təsirli olduğu düşünülür.//medicina