sehiyye.info

Bu dondurmalarda bağırsaq çöpləri tapıldı – SİYAHI

Bu dondurmalarda bağırsaq çöpləri tapıldı – SİYAHI
"Roskaçectsvo" populyar dondurmaların tərkibini və normalara uyğun olub-olmadığını yoxlayıb və istehsalçıların siyahısını açıqlayıb.

Qeyd edək ki, siyahıda olan dondurmalar Azərbaycanda da satışdadır.

Sehiyye.info "medicina"ya istinadən xəbər verir ki, 2 markanın dondurmasında bağırsaq çöpləri və fitosterin aşkar olunub.

Bir çoxlarında isə süd yağı əvəzinə bitki, maya və kif göbələyi aşkarlanıb.

Ekspertlər 38 istehsalçının 100-dən çox dondurmasını araşdırıb.

Belə ki, Qazaxıstan markası “Mişka na polyuse” və Ermolino dondurmasında bağırsaq çöpləri aşkarlanıb.

Bu bakteriyalar ərzaq kifayət qədər termiki işlənmədən keçmədikdə qalır.

Bir çox dondurmalarda süd yağı əvəzinə işlədilən bitki yağı isə məhsulu falsifikatlaşdırır.

“Lya, Fa, Mi”, “Kak ranşe”, “Filevskoe” dondurmalarında fitosterin aşkarlanıb.

Onlar hansı dondurmaların sağlamlığa təhlükəli olmadığını açıqlayıblar.

“Vkuslandiya”, Leninqradskoe brendində yağ turşusuları və triqliseridlər çox idi.

Ümumiyyətlə, hazırda bütün dondurmalarda faksifikat payı tarixi minimuma çatıb, əvvəlki illərdə daha yüksək idi.

“Jemçujina Rossii”, “Vibor semyi”, “Leninqrad”, “Beloe zoloto” markalarında maya və kif göbələyi olub.

“Ermolino” və ”48 kopeek” dondurması markirovka standartına cavab vermir.

Heç bir ciddi pozuntu və təhlükə tapılmayan dondurmalar:

“Zolotoy standart”

“Monarx”

“Çistaya liniya”

Monterra

“Jemçujina Rossii”

“Maşa –Medved”

Mars

Alpen Gold

Milka

Oreo

Nestle

Snikers

Bounty

Maxidio

Step

Ekzo



REKLAM