Məktəbə erkən başlamaq bu riski artırır

Harvard Universitetində aparılan bir araşdırmaya görə, məktəbə erkən başlayan uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik pozğunluq müşahidə olunur. Bəs bu nə ilə əlaqədardır?
Sehiyye.info xəbər verir ki, bu sualları “TRT Haber”ə türkiyəli Psixiatriya Mütəxəssisi İpek Kuşçu Özücer cavablayıb.
O bildirib ki, azyaşlılar arasındaki bir neçə ay belə beyin inkişafı baxımından böyük fərq yarada bilər:
“İcraedici funksiyalar adlanan planlaşdırma, təşkilatlanma və özünü idarə etmə bacarıqları 6-7 yaş arasında inkişaf edir. Uşaqlar arasındaki yaş fərqləri 5-7 yaş arası uşaqların inkişafında ciddi fərq yarada bilər”.
Mütəxəssis xəbərdarlıq edib ki, uşaqlar 72 ayını tamamlamadan əvvəl məktəbə başlamamalıdır:
“Bundan tez məktəbə başlayan uşaqlar əlavə stresslə üzləşə bilər. Stress isə onların akademik müvəffəqiyyətinə və dostluq əlaqələrinə mənfi təsir göstərə bilər.
Xüsusilə oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqlar 6 yaşı tamamlamadan məktəbə başlamamalıdır. Çünki aradaki 1-2 aylıq fərq belə ciddi fəsadlar doğura bilər”//demoktar