sehiyye.info

Daha bir yola bitum dağılıb - Təhlükəli vəziyyət yarandı

Daha bir yola bitum dağılıb - Təhlükəli vəziyyət yarandı
Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Arasdırma.info xəbər verir ki, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da, sürücülər üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb.Məlumata görə təmizləmə işləri davam edir,hazırda hərəkət normal qaydadadır.



REKLAM