sehiyye.info

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir.

Sehiyye.info xəbər verir ki, yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:


Adenovirus infeksiyası: Tənəffüs yolları, gözlər, limfoid toxuma, həzm traktının zədələnməsi ilə müşayiət olunan kəskin virus infeksiyasıdır. Xəstəliyin əlamətlərinə mülayim intoksikasiya, hərarət, rinoreya, səsi batıqlıq, konyunktivanın hiperemiyası, gözlərdən selikli ifrazat, bağırsaq funksiyalarının pozulması aiddir. Yazda daha çox uşaqlarda rast gəlinir. Bu cür insanlarla təmasdan qaçın, çünki yoluxa bilərsiniz.

Lejyoner xəstəliyi: Ən çox isti havada rast gəlinən infeksiya növüdür. Ciddi bir ağciyər infeksiyasıdır. Əsasən kondisioner altında çox oturmaqdan yaranır. Soyuq su içmək xəstəliyi daha da alovlandırır. Qripi xatırladan xəstəlik özünü ən çox qızdırma, halsızlıq və yorğunluq, öskürək, bəlğəm, dərin və xırıltılı nəfəsalma, əzələ ağrıları ilə göstərir. Çalışın kondisioner altında çox oturmayasınız. Suyu qaynatmadan içməyin. //oxu24



REKLAM