Mövsümi üzrə qrip yoxsa yeni virus? - Həkimdən AÇIQLAMA
Son günlərdə əhali arasında boğaz ağrısı, qızdırma, halsızlıq müşahidə edilən virus yayılıb. Bu virus böyüklərlə yanaşı, uşaqlarda da rast gəlinir. Bəs bu mövsümi üzrə qripdir yoxsa yeni virus ?
Mövzu ilə bağlı Sonxeber.az-a K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitunun Baş həkimi Azər İsmayılov açıqlama verib.
O bildirib ki, hal-hazırda uşaqlar arasında yayılan xəstəliklər mövsümü xəstəliklərdir.
"Hər hansı aşkar olunan yeni virus və ya yeni bakteriya yoxdur. Daha çox yuxarı tənəffüs yollarının infeksiyası olaraq adenoviruslar influenzaviruslar üstünlük təşkil edir. Az sayda olsa da xəstələr arasında COVİD-19 virusu pozitiv aşkar olunur. Bununla yanaşı, mədə-bağırsaq sistemini tutan qastroenteritə səbəb olan enteroviruslar, rotaviruslarada xəstələrimiz arasında rast gəlirik. Bugünki gün üçün xüsusi təhlükəli hər hansı bir infeksiya aşkarlanmayıb. Bütün virus infeksiyaları kimi bunlarda təxminən 48-72 saat kəskin dönəmi olur, ondan sonra gedərək temperatur düşür. Xüsusilə 1-6 aylığında olan körpələrə diqqətli olmaq lazımdır. 24 saatı keçən yüksək hərarət davam edirsə, qusma, ishal varsa, körpənin ciddi maye itirib dehidratasiya olmaması üçün erkən dönəmdə həkimə müraciət etmək daha məqsədəuyğundur.
Məktəblərin açılması ilə əlaqədar da infeksiyalar müşahidə edilir. Valideynlərə məsləhətimiz xəstə uşaqları məktəbə yola salıb, digər uşaqlarıda infeksiyaya yoluxdurmasınlar. Mümkün qədər gigeyinik qaydalara əməl etmək məsləhət görülür və xüsusilə qeyd edək ki, COVİD-19 virusu hələ bitməyib deyə mümkün qədər sosial məsafə qorunmalıdır".