sehiyye.info

Suyun keyfiyyətini 10 dəfə artıran üsul

Suyun keyfiyyətini 10 dəfə artıran üsul
Su sağlamlıq üçün əvəzolunmazdır. Bədəni sağlam saxlamaq üçün kifayət qədər keyfiyyətli su içmək vacibdir.

Prof. Dr. Osman Müftüoğlu istehlak edilən suyun keyfiyyətinin də ən az miqdarı qədər önəmli olduğunu vurğulayıb.

Sehiyye.info xəbər verir ki, Osman Müftüoğlu ani baş ağrıları, yorğunluq, aclıq hissi və şirniyyatlara istəyin susuzluq problemləri ilə əlaqəli ola biləcəyini diqqətə çatdırıb.

Bədənin böyük hissəsinin sudan ibarət olduğunu bildirən Müftüoğlu, hüceyrələrin su olmadan yaşaya bilməyəcəyini vurğulayıb.

“Gündəlik su istehlakı bir çox insanın unutduğu və ya görməzlikdən gəldiyi bir məsələdir. Susuzluq bədənin əksər hüceyrələrinə zərər verir. Bu səbəbdən xəstəliklərə daha tez tutulur və yorğunluqla mübarizə aparırsınız. Bir çox insan isə gündəlik həyatda su istehlak edərkən səhvə yol verir”.

Professor böyrəklərə faydalı olması üçün litrlərlə su istehlak etməyin doğru olmadığını, burada diqqət edilməli olan əsas nüansın sidiyin rəngi olduğunu açıqlayıb. Müftüoğlunun açıqlamasına görə, sidiyin rəngi nə qədər tünd olarsa və miqdarı azdırsa, orqanizmin o qədər çox suya ehtiyac var. Sidik rəngi su rənginə yaxınlaşdıqca orqanizmin su balansı normallaşır.

“İçdiyimiz suyun keyfiyyəti onun miqdarı qədər vacibdir. Tərkibindəki mineral, antioksidan və vitamin zənginliyi hər suyu fərqli edə bilər. Bu səbəbdən istehlak edilən su zənginləşdirilməlidir. Suya təbii vitamin və mineral qaynaqları əlavə edə bilərsiniz. İçdiyiniz suyu zənginləşdirmək üçün suyun içərisinə sağlamlığa faydalı qida maddələri əlavə edin. Xüsusilə limonlu su istehlak etmək orqanizminiz üçün faydalı olacaq”, - deyə Müftüoğlu qeyd edib.

Onun sözlərinə görə, zaman-zaman maqnezium əlavələri və ya bir qədər zəfəranın əlavə edilməsi suyun keyfiyyətini az qala 10 dəfə yaxşılaşdıracaq:

“Bu əlavələr bədəni gümrah saxlayır, sağaldır, susuzluğu yatırır və gün ərzində özünüzü daha enerjili hiss edirsiniz. Zəncəfil yalnız miqren ağrılarını, baş ağrılarını və ya yorğunluğu müalicə etmir. O, həmçinin maddələr mübadiləsini sürətləndirir və çəkiyə nəzarət etməyə kömək edir. Limonla birgə istifadə edildikdə daha da faydalıdır. Bundan əlavə, cəfəridən, darçın çubuqlarından və xiyar dilimlərindən də yararlana bilərsiniz. Belə sadə bir üsulla bir çox xəstəliyin qarşısını almaq olar”. //Medicina.az



REKLAM