sehiyye.info

Alimlər qocalma prosesini ləngitməyin yolunu tapıblar

Alimlər qocalma prosesini ləngitməyin yolunu tapıblar
Alimlər aşkar ediblər ki, tardiqrad zülalları insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilər. Bu da qocalma prosesini yavaşladan texnologiyaların inkişafına gətirib çıxara bilər.

Sehiyye.info xəbər verir ki, tardiqrad və ya su ayıları ekstremal şəraitdə yaşamaq qabiliyyətinə malikdirlər. Onlar tamamilə qurudulmuş, dondurulmuş, 150 dərəcədən yuxarı qızğın yerdə, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qalanda və hətta kosmos vakuumunda da sağ qala bilirlər.

ABŞ-ın Vayominq Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu, tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkar edib. Bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi jelləşir və maddələr mübadiləsini yavaşladır.

Bu kəşf qocalmanı yavaşlatmaq üçün hüceyrələrdə və hətta bütün orqanizmlərdə müvəqqəti ölüm vəziyyətinə səbəb olan yeni texnologiyaların inkişafına səbəb ola bilər.//publika



REKLAM