sehiyye.info

Neçə gecə pis yuxunun mənfi nəticələrə səbəb olacağı AÇIQLANDI

Neçə gecə pis yuxunun mənfi nəticələrə səbəb olacağı AÇIQLANDI
Cənubi Florida Universitetinin Yaşlanma Tədqiqatları Məktəbinin alimləri yuxu çatışmazlığının orqanizmimizə necə təsir etdiyini və ilk mənfi nəticələrin nə vaxt göründüyünü öyrənmək üçün araşdırma aparıblar.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, təcrübədə 2 min nəfər iştirak edib. Alimlər könüllülərdən yuxularının təfərrüatlı gündəliklərini saxlamalarını xahiş ediblər, daha sonra bu gündəliklər ətraflı təhlil edilib. Nəticələr 8 gün ərzində 6 saatdan az yatan insanların üçüncü gün qıcıqlanma və halsızlıq hiss etməyə başladığını ortaya qoyub.

Tədqiqatın aparıcı müəllifi Sumi Li vurğulayıb ki, bir çoxumuz həftə sonları yuxu çatışmazlığını "kompensasiya edə" və həftə ərzində daha məhsuldar ola biləcəyimizə inanırıq. Bununla belə, araşdırmalar göstərir ki, yalnız bir gecəlik yuxusuzluq gündəlik məhsuldarlığımızı əhəmiyyətli dərəcədə azalda bilər.


Mütəxəssislər daha yaxşı yatmağınıza kömək edəcək bəzi məsləhətlər veriblər.

Müntəzəm yuxu cədvəli qurun: Həftə sonları belə hər gün eyni saatda yatın və oyanın.

Rahat bir yuxu mühiti yaradın: Yatmaq üçün sakit, qaranlıq bir yer, rahat döşək və yastıq təmin edin.

Yatmazdan əvvəl stressdən qaçın: Fikrinizi sakitləşdirmək üçün yoqa və ya meditasiya kimi istirahət üsullarını məşq edin.

Yatmazdan əvvəl kofein və spirt qəbulunu məhdudlaşdırın: Bu maddələr yuxuya mane ola bilər.

Fiziki fəaliyyəti tənzimləyin: Fiziki fəaliyyət daha yaxşı yatmağınıza kömək edir, lakin bunu yatmazdan əvvəl deyil, səhər və ya günorta etmək daha yaxşıdır.

Ekran vaxtını məhdudlaşdırın: Yatmazdan əvvəl kompüterlərdən, smartfonlardan və televizorlardan gələn parlaq işıqlardan qaçın.//lent.az



REKLAM