sehiyye.info

Məşhur əməkdar həkimi təqaüdə göndərildi.

Məşhur əməkdar həkimi təqaüdə göndərildi.
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Əməkdar həkim Mahir Babayev yaş senzinə görə işdən çıxarılıb.
Sehiyye.info xəbərverir ki,bakupost.az –ın məlumatına görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.
Onun yerinə həkim Samir Aslanbəyli təyin olunub.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova faktı təsdiqləyib:
“M.Babayev yaş həddinə görə işdən çıxarılıb. Uzun müddətli və səmərəli fəaliyyətinə görə V.Qurbanov tərəfindən təltif olunub”.
Qeyd edək ki, 68 yaşlı Mahir Babayev 1989-cu ildən bu tibb müəssisəsində çalışırdı.
2007-ci ildən direktor müavini kimi fəaliyyətini davam etdirib. 2017-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.



REKLAM