sehiyye.info

Oruc tutmaq kimlərə olmaz? Tanınmış həkim açıqladı

Oruc tutmaq kimlərə olmaz? Tanınmış həkim açıqladı
Ramazan ayında oruc tutanların nəzərinə çatdırırq ki,tanınmış həkim kardiocərrah,millət vəkili Rəşad Mahmudov bu barədə öz səhifəsində məlumat verib.
Sehiyye.info həmin məlumatı sizə çatdırır :
Əziz dostlar, dəyərli həmvətənlər!
Bu gün Sizə #OrucTutmağın mənəvi-psikoloji tərəflərindən söhbət açmayacağam. Çünki bu, hamıya məlumdur.
Sizin üçün çoxlarının #doğru bildiyi, əslində isə #yanlış olan bəzi fikirlərə qısaca aydınlıq gətirmək istəyirəm:
Xəstəsənsə, oruc tutmaq olmaz. Bunu mənə həkimim dedi!
Yüksək təzyiqin, şəkərin varsa və ya ürəyin xəstədirsə oruc tutmaq təhlükəlidir!
Bilməliyik ki,
1. Orucun orqanizmə #bərpaedici (DNT) təsiri var.
2. Orucun xərçəng hüceyrələrini hazır glikozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilmişdir.
3. Orucun #SərbəstRadikalların təsirinə maneə törətdiyi bilinməkdədir.
4. Oruc tutmaq #apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu #Glikoneogenezis'i fəaliyətə keçirtdərək etməkdədir.
5. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni #kökhüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir.
Qısaca, orucun, eləcə də planlı və istəkli açlığın ömrü uzatdığını #TibbElmi sübut etmişdir.
Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir.
Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az %5 azalmasıdır.
Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!
Hər birinizə mənalı, xoşbəxt, təhlükəsiz və xəstəliklərdən uzaq bir ömür arzulayıram!

Oruc tutmaq kimlərə olmaz? Tanınmış həkim açıqladı



REKLAM