Yapon alimi orucun xərçəng xəstəliyinin qarşısını aldığını sübut edib

Nobel mükafatı laureatı yapon alimi Yoşinori Oşumi orucun sağlamlığa faydasını elmi şəkildə sübut edib.
Autofagiya sahəsindəki işinə görə 2016-cı ildə İsveç Nobel Fondu tərəfindən Nobel mükafatına layiq görülən yapon alimi Yoşinori Oşumi orucun insan sağlamlığına müsbət təsirini elmi şəkildə sübut edib.
Yoşinori Oşumi sübut edib ki, oruc tutduqda orqanizmdə autofagiya prosesi güclənir. Autofagiya prosesi bir çox xəstəliklərin, o cümlədən dövrümüzün bəlası olan xərçəng xəstəliyinin qarşısını alır.
Bəs autofagiya nədir? Autofagiya sadə dillə desək, hüceyrələrimizin orqanizmdə apardığı təbii “təmizləmə” prosesidir. Belə ki, orqanizmimizdə ölmüş hüceyrə hissəcikləri və tullantıları olur. Bu lazımsız hissəciklər və tullantılar toplandıqca digər sağlam hüceyrələrimizi zədələyir. Nəticədə bir çox xəstəlik, o cümlədən xərçəng xəstəliyi formalaşır. Sağlam hüceyrələr mütəmadi olaraq bu lazımsız hissəcikləri və tullantıları “udaraq” öz içərisində əridir və bununla da orqanizmi təmizləyərək sağlamlaşdırma prosesi həyata keçirirlər. Bu proses autofagiya adlanır. Biz autofagiya prosesini gücləndirməklə yaranacaq xəstəliklərin o cümlədən xərçəngin qarşısını almış oluruq.
Yapon alimi Yoşinori Oşumi autofagiya prosesinin artırmağın ən yaxşı yolunun oruc tutmaq olduğunu açıqlayıb.
“3 günlük orucluqdan sonra orqanizmin immun mexanizmi yeni ağ qan hüceyrələrinin əmələ gəlməsini təmin edir və orqanizmin immun sistemi tamamilə yenilənir. Bu baxımdan müsəlmanların orucu yenilənmə proqramı kimi meydana çıxır. Hüceyrələr bizə bənzəməsələr də, bəzi hallarda insan kimi davranırlar. Zibillərini xüsusi torbalara (autofaqosomlara) doldurur və qablarda (lizosomlar) saxlayırlar. Ən çirkliləri məhv edilir və həzm olunur, bəziləri isə təkrar emal olunaraq enerji istehsalı üçün istifadə olunur. Beləliklə, erkən qocalmanın qarşısı alınır. Autofagiya orqanizm stress, oruc və ya ac qaldıqda çox işləyir. Hüceyrə öz daxili imkanlarından istifadə edərək enerji istehsal etməyə çalışır və təbii ki, ilk növbədə zibilini və patogen bakteriyalarını həzm edərək təmizliyə başlayır”, - buna görə Nobel mükafatı almış Yoşinori Oşumi deyib.
Autofagiya prosesində müəyyən bir davamlılıq olmadığı təqdirdə Parkinson xəstəliyi, diabet və xərçəngin qaçınılmaz ola biləcəyini ifadə edən Oşumi qeyd edib:
“Bir ay və ya bir il ac qalmağın gözəl dizayn olduğunu deyə bilərəm. İslamda xəstəliklərin şiddətini avtomatik aradan qaldıran sağlamlıq proqramı var”.
Sonda qeyd edim ki, oruc tutmaq bu xəstəlikləri müalicə etmir. Oruc tutmaq bu xəstəliklərin yaranmasının qarşısını alır.
Ümumiyyətlə, bu xəstələrə oruc tutmaq olar, yoxsa yox sualı ilə həkimlərinizə müraciət edin.
Oruc tutun sağlam qalın! Allah amanında!
//yeniavaz