sehiyye.info

Sağlam olmaq üçün gündə nə qədər ət yeməliyik?

Sağlam olmaq üçün gündə nə qədər ət yeməliyik?
Protein orqanizm üçün vacib maddələrdən biridir, onsuz həyat, böyümə və inkişaf mümkün deyil. Heyvan məhsulları bu maddə ilə zəngindir: ət, qaxac, süd məhsulları, toyuq yumurtası, balıq.

Sehiyye.info xəbər verir ki, bu sözləri "Rospotrebnadzor"un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun, Federal Büdcə Müəssisəsinin Molekulyar Diaqnostika Mərkəzinin dietoloqu, laboratoriya tibb məsləhətçisi Polina Vasilyeva bildirib.

"100 qram hinduşka əti yesəniz, gündəlik zülal ehtiyacınızın dörddə birini ödəmiş olarsınız. 100 qram balıq, məsələn, treska gündəlik ehtiyacınızın beşdə birini ödəyəcək. 100 qram soya gündəlik protein ehtiyacının üçdə birindən çoxunu ödəyir. Bu norma orta yaşlı bir insan üçün hesablanıb", - mütəxəssis "Gazeta.ru"ya müsahibəsində izah edib.

Onun sözlərinə görə, alimlər müəyyən ediblər ki, optimal protein tələbatı orta hesabla gündə ən azı 85-90 q olmalıdır. Bundan əlavə, stresli vəziyyətlər, xəstəlik, fiziki fəaliyyətin artması, qadınlarda isə hamiləlik və ana südü zamanı protein tələbatı artır.

Paxla, düyü, çovdar və yulafda olan bitki zülalına gəlincə, o, daha az həzm olunur, eyni zamanda balanslı qidalanma üçün vacibdir. Heyvan mənşəli məhsullardan kifayət qədər zülal ala bilərsiniz, lakin gündəlik rasionunuzda 50% bitki mənşəli protein olması daha faydalıdır.//publika



REKLAM