Zibil qutusundan tapdığı kişi ilə evləndi
ABŞ-da qadın qeyri-adi hobbisi sayəsində evlənib.
Sehiyye.info xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
39 yaşlı Erin Şeffild zibil qutusunda axtarış işilə məşğuldur.
O özünün sonradan sata və ya saxlaya biləcəyi müxtəlif əşyaları zibil qutularında axtarır.
O, 35 yaşlı Deyvlə ilk dəfə 2009-cu ildə Nyu-Yorkun Buffalo şəhərində, onun kimi zibillə məşğul olanda tanış olub.
Erin və Deyv həmin vaxtdan sonra birlikdə zibilliklərdə əşyalar axtarmağa başladılar. Onlar dərsliklər, bahalı kalkulyatorlar, ofis ləvazimatları, təmizlik ləvazimatları tapıb onlayn satışla məşğul olublar.
Bir neçə ay birlikdə işlədikdən sonra cütlük olublar. Erin və Deyv aprel ayında bir qız övladı olacaqlar.
Cütlük hələ də zibillər arasında əşyalar axtarır. Tapdıqlarının bir hissəsini evə gətirir və ya bir-birinə verirlər. “Yubileyimiz üçün zibil qutusunda qızılgül tapdım. Onlar gözəl idilər, hətta köhnə deyildilər," Deyv deyib.
Cütlüyün sözlərinə görə, atılan əşyaların satışından ildə təxminən 20 min dollar qazanırlar. Gələcəkdə onlar zibilliklərdən tapdıqları əşyaları satmaqla öz şirkətlərini açmağı planlaşdırırlar.//lent.az