Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün maraqlı görüntüləri yayılıb.
Baku TV-yə daxil olan videoda həkimi gözləyərkən sürücünün özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.
Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq, yaxınlıqdakı zibil qutularını eşələyir. O, özünə lazım olan nələrisə zibilin içindən seçib götürür.
Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.