sehiyye.info

Bu xəstəlik 25 yaşından yuxarı insanlar arasında geniş yayılıb: Bu il 40 faiz artacaq

Bu xəstəlik 25 yaşından yuxarı insanlar arasında geniş yayılıb: Bu il 40 faiz artacaq
25-49 yaş arası qadınlarda bağırsaq xərçəngindən ölüm hallarının bu il təxminən 40 faiz artacağı proqnozlaşdırılır.

Sehiyye.info xəbər verir ki, bu yaş qrupunda bağırsaq xərçəngindən ölüm faizi 2018-ci illə müqayisədə kişilərdə 26 faiz, qadınlarda isə 39 faiz artacaq. Ölümcüllük baxımından xəstəlik kişilər arasında ağciyər və prostat xərçəngindən sonra üçüncü, qadınlarda isə döş və ağciyər xərçəngindən sonra üçüncü yeri tutur.

İtaliyanın Milan Universitetindən professor Karlo La Vekkya əsas faktorlar arasında piylənmə, qanda şəkər səviyyəsinin yüksək olmasını və diabet kimi sağlamlıq problemləri olduğunu söyləyib.

Daha çox spirtlu içki qəbuluna və fiziki fəaliyyətin azalmasına da toxunan Vekkya qeyd edib ki, Fransa və İtaliya kimi, spirt istehlakında azalma olan ölkələrdə bu xərçəngdən ölüm nisbətlərində o qədər də əhəmiyyətli bir artım yaşanmayıb. Erkən başlayan bağırsaq xərçəngi daha aqressiv olmağa meyllidir və sağ qalma faizi də olduqca aşağıdır.

"Annals of Oncology" jurnalında çıxan məqalədə ekspertlər hökumətləri bağırsaq xərçəngi skrininqini 45 yaşlı insanlar üçün genişləndirməyə çağırıb.

Dünya Xərçəng Araşdırma Fondundan Dr. Panayota Mitrou da məlumatların "narahatlıq doğurduğunu" söyləyib və bunu əlavə edib: "Gender fərqlərinin səbəbləri aydın deyil, lakin daha ətraflı şəkildə araşdırılmalıdır".//publika



REKLAM