sehiyye.info

Tanınmış cərrah vəfat etdi

Tanınmış cərrah vəfat etdi
Xətai Tibb Mərkəzinin cərrahı Vüqar Fərəcli 57 yaşında, ürək tutmasından vəfat edib.
Sehiyye.infoxəbər verir ki,bu barədəmərhumun yaxınlarısosial şəbəkədə məlumat verib.
Fərəcli Vüqar Firidun oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1984-cü ildə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbi bitirib. 1992-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla başa vurub. Həmin ildən ATU-nun III cərrahi xəstəliklər kafedrasında kiçik elmi işçi, E.Əfəndiyev adına 2 saylı xəstəxanada isə həkim-cərrah kimi fəaliyyətə başlyıb. „Xolesistektomiyadan sonra xroniki pankreatitin kəskinləşməsinin profilaktikası” adlı elmi işin müəllifidir. Bir sıra elmi məqalələri yerli və xarici jurnallarda çap olunub.
1997-2000-ci illərdə Füzuli rayonu Əhmədbəyli hospitalında çalışıb, tibb xidməti polkovnik-leytenantıdır.
II Qarabağ müharibəsi zamanı müxtəlif hospitallarda yaralı əsgər və zabitlərimizə xidmət göstərib.
Allah rəhmət eləsin.



REKLAM