Butulkada qablaşdırılmış su biznesi dünyada ən güclüi fırıldaqdır.
Dünyada butulkada satılan su biznesi hər il 10 faiz artır .Statistikaya görə 2020-ci ildə bu biznes 280 milyard dollar təşkil edəcək.
Sehiyye.info xarici mətbuata istinadla xəbər verir ki,dünyanın bir çox ölkələrində evlərə verilən su təmiz olsa da,insanlar yenə də butulkada olan ,satılan sulara daha üstünlük verirlər.
İlk dəfə butulkaya su doldurub satmaq biznesi,1760-cı ildə Bostonda meydana gəlib.Daha sonra bu Avropaya da yayılıb.Müxtəlif ölkələrdə suyun tərkibi yaxşılaşdıqca insanlar butulka suyundan imtina etməyə başlamışlar.1898-ci ildə Fransada Doktor Perya mineral suyu butulkalara dolduraraq terapevtik müalicə üçün satmağa başlayıb.1946-cı ildə isə kampaniyanı Qustav Leven adlı biznesmen alıb və biznesini genişləndirərək Amerikaya yol açıb.Bu günə kimi Fransanın Perryer suyu dünyada ən yaxşı mineral sularından sayılır.Daha sonra bütün ölkələr mineral suyu butulkalara qablaşdıraraq satmağa başlayıb.Bu gün də suyu içməli olmayan ölkələrdə qablaşdırılmış su satışından milyonlarla vəsait əldə olunur.
Dünyanın ən şox satılan qablaşdırılmış su Çində,Amerikada,sonra isə içməli su problemi olan isti ölkələr,Meksika,İndoneziya,Braziliya,Hindistan Tailanddır.