Qəzzada bir ay ərzində 300 tibb işçisi ölüb
Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb.
Bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, qeyd olunan vaxt ərzində sektorda 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.
Səhiyyə Nazirliyi anklavda səhiyyə sahəsində son dərəcə çətin vəziyyəti bir daha qeyd edib.
Vurğulanıb ki, xüsusilə Qəzzanın cənubundakı tibb müəssisələri artıq xəstələri qəbul edə və onlara xidmət göstərə bilmirlər, kəskin dərman çatışmazlığı var, uşaq peyvəndi ehtiyatı demək olar ki, tükənib.//oxu.az