Su filtrlərinin bilmədiyimiz zərərləri: Təmizləyir, amma...

Biyokimyaçı ekspert Mariya Kuleşova xəbərdarlıq edib ki, suyu təmiz H2O-ya qədər təmizləyən filtrlər orqanizm üçün zərərlidir.
Sehiyye.info xəbər verir ki, ekspert bu barədə Gazeta.ru-ya söhbətində qeyd edib. O izah edib ki, orqanizmin duzlara ehtiyacı var, lakin ciddi filtrasiyadan sonra suyun tərkibindəki duzlar təmizlənir:
"Əks osmos su filtrləri sahəsində antibiotikdir. Bu, ən ağır hallarda kömək edə biləcək güclü bir dərmandır. Filtrlərin öhdəsindən gələ bilmədiyi yerlərdə suyu təmizləyə bilər. Lakin ondan istifadənin bir sıra əks təsirləri var. Osmos bizə təmiz H2O verir".
Mütəxəssisin sözlərinə görə, orqanizmin müəyyən duzlara ehtiyacı var, ona görə də filtrlə təmizləndikdən sonra suyu əlavələrin köməyi ilə zənginləşdirmək lazımdır. Belə suyu az duzlu rasion ilə birləşdirmək ikiqat təhlükəlidir. Fakt budur ki, əks osmos sudan faydalı natrium və kalium duzlarını da çıxarır. Bədənin qan dövranında duzlu məhlula ehtiyac var.
Bəs əks osmos nədir?
Əks osmos (ing. Reverse osmosis) istənilməyən maddələri, su molekullarından daha böyük olan molekulları sudan ayıran yarımkeçirici membran təbəqəsi ilə suyun təmizlənməsi prosesidir.//publika