sehiyye.info

Qalxanabənzər vəzin fəaliyyətinin pozulmasına səbəb nədir? - CAVAB

Qalxanabənzər vəzin fəaliyyətinin pozulmasına səbəb nədir? - CAVAB
Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən, kəpənəyə bənzər orqandır. Qalxanabənzər vəzi endokrin sistemin bir hissəsidir. Qalxanabənzər vəzi bütün orqanizmin hüceyrələrinin enerji mübadiləsində iştirak edir. Qalxanabənzər vəzin sintez etdiyi hormonlar- Triyodtironin (T3) və Tetrayodtironin (T4)-dir.

Qalxanabənzər vəzi metabolizm ilə yanaşı digər orqanlara da təsir göstərir. Belə ki, beyin funksiyalarının inkişafını təmin edir. Eyni zamanda, sinir, skelet-əzələ sisteminin inkişafına, ürəyin yığılma gücü və sayına, karbohidrat metabolismə, orqanizmin termorequlyasiyasına, tiroid hormonlara, iştah və çəkiyə təsir göstərir.

Maraqlıdır, qalxanabənzər vəzin fəaliyyətinin pozulmasına hansı faktorlar təsir edə bilər?

Sehiyye.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov danışıb:

Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir.

Güclü şüalanma, və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir.//lent.az



REKLAM