sehiyye.info

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi niyə yenilənir? - Professor

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi niyə yenilənir? - Professor
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir.

Görəsən, baş verən bu yenilik sözügedən sahədə hansı yeniliklərə səbəb olacaq?

Tibb elmləri doktoru Adil Qeybulla Valyuta.az-a açıqlamasında bildirib ki, işin təşkilinə ciddi fikir verilsə, vətəndaş bu yenilikdən fayda götürəcək:

“Bu addımda məqsəd işin effektivliyini təmin etməkdən ibarətdir. Ona görə də belə bir addıma gedilməsi daha yaxşıdır. Sadəcə məsələ ondadır ki, işin təşkili düzgün qurulmalıdır. Təxirəsalınmaz yardım sisteminin Bakı şəhərinin durmadan artan əhalisinə nisbətdə düzgün bölünməsi, ayrı-ayrı rayonlara uyğun yarımstansiyaların düzgün yaradılması da vacibdir. Çünki çağırışlara uyğun bu işin effektiv və optimal təşkili lazımdır. Təcili təxirəsalınmaz yardım üçün nəqliyyat yollarında xüsusi xətlər də ayrılmalıdır. Bəzən təcili yardım maşınlarının gecikməsinin səbəbi tıxaclar olur”//valyuta



REKLAM