Bel yırtığı daha çox kimlərdə yaranır?

Bel yırtığı fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.
Maraqlıdır, görəsən, bel yırtığına daha çox kimlərdə rast gəlinir?
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, bel yırtığı əsasən 35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.
Adətən ağır yük daşımaq, həddindən artıq kilolu olmaq, davamlı oturaraq masa arxasında işləmək bel yırtığının yaranmasına səbəb olur. Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur. Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur. //lent.az