sehiyye.info

Bir neçə estetik əməliyyat riski - XƏBƏRDARLIQ

Bir neçə estetik əməliyyat riski - XƏBƏRDARLIQ
Ötən həftə amerikalı turist liposaksiya və saç transplantasiyası əməliyyatından sonra dünyasını dəyişib. Bu dəfə azərbaycanlı qadın plastik əməliyyatın qurbanı olub. Döş əməliyyatından sonra onun həyatı kabusa çevrilib.

Sehiyye.info “CNN Türk”ə istinadən xəbər verir ki, mütəxəssislər belə fəsadlara qarşı xəbərdarlıq ediblər. Əvvəlcə amerikalı turistin, indi isə döş kiçiltmə əməliyyatından sonra səhhətində problemlər yaranan azərbaycanlı Aysel Xəlilovanın ölümü mediada geniş yayılıb.

Bu cür əməliyyatlar zərərli deyil, lakin tam təchiz olunmuş xəstəxanalarda aparılmalıdır. Beləliklə, eyni anda birdən çox əməliyyat təhlükəlidirmi? Estetik Cərrah Emre Berkay Zeyrek qeyd edib ki, kombinə əməliyyatlar edilə bilər:

“Biz də bunu edirik, amma planlaşdırarkən əməliyyatın müddətini nəzərə almaq lazımdır. 6-7 saatdan çox davam edərsə, risk artır. Əməliyyatdan sonrakı dövrdə xəstələrə maye dəstəyi və qan durulaşdırıcı dərmanlar verilməlidir. Liposaksiyadan sonra laxtanın çıxarılması risk ola bilər".//publika



REKLAM