Diabetin beş erkən simptomu
Tibb mütəxəssisləri diabet xəstəliyinin beş erkən simptomunu açıqlayıb. Erkən simptomlar həyəcan doğurmasa da, onları nəzarətsiz buraxmaq olmaz.
Bu barədə “Rossiyskaya qazeta” yazır.
İlk növbədə dəridə müşahidə olunan qəribə dəyişikliklərə diqqət yetirmək lazımdır. Söhbət həm dərinin xarici görünüşündən, həm də susuzluqdan irəli gələn narahatlıq hissindən gedir.
Bundan savayı, boyun nahiyəsində, qoltuqaltı və qasıq nahiyəsində qaralmaların olub-olmamasına fikir vermək, aşkarlandığı təqdirdə onun səbəblərini müəyyənləşdirmək lazımdır.
Qan damarlarının zədələnməsi ilə əlaqədar sidik-tənasül sisteminin problemləri də həyəcan siqnalı sayıla bilər.
Daha bir simptom gecələr normadan artıq tərləmə və müxtəlif yuxuların görülməsi sayılır.
Bundan başqa, alimlər uzun müddət sağalmayan yaraların həyəcan təbili sayıla biləcəyini bildirir. Bütün sadalananlar yüksək şəkər miqdarının və insulinlə bağlı problemlərin ilkin carçıları ola bilər.