sehiyye.info

Arıqlamaq üçün ağıla gəlməyən ədviyyat

Arıqlamaq üçün ağıla gəlməyən ədviyyat
Texas Kollecinin amerikalı alimləri ədviyyatlar üzərində bir sıra araşdırmalar apararaq hansının yağları parçaladığını və effektiv şəkildə arıqlamağa kömək etdiyini müəyyən ediblər.

Sehiyye.info xəbər verir ki, alimlərin bu barədə məqaləsi "The Sun" nəşrində yayımlanıb. Onların məlumatlarına görə, söhbət adətən şirniyyatlara əlavə olunan hildən gedir.

Mütəxəssislər kardamon bitkisindən əldə edilən hil istifadəsinin təsirləri arasında iştahın yaxşılaşması, maddələr mübadiləsinin sürətlənməsi və orqanizmdə yağ miqdarının azalmasını qeyd ediblər. Alimlərin sözlərinə görə, çəkisi təxminən 60 kq olan insan yaxşı nəticə əldə etmək üçün gündə 8-10 hil tumu yeməlidir. Bundan əlavə, tədqiqatçıların fikrincə, kardamon yağların parçalanması və enerji istehsalı ilə bağlı sinir proseslərinə müsbət təsir göstərir. Və ədviyyatın faydaları bununla bitmir. Mütəxəssislərin araşdırmaları nəticəsində məlum olub ki, hil xroniki xəstəliklərin qarşısının alınmasına kömək edən əla antiinflamatuar agentdir.//publika



REKLAM