İnsan bədənində alimlərin yeni kəşfi – Xərçəngə kömək edəcək
Alimlər burun-boğaz nahiyəsinin arxasında əvvəllər bilinməyən bir cüt tüpürcək vəzi tapıblar.
Sehiyye.info xəbər verir ki, bu kəşf radioterapiya keçən xəstələrdə gözlənilməz ağırlaşmaların qarşısını almağa kömək edəcək. Alimlərin sözlərinə görə, burun-boğaz nahiyəsində təxminən 4 sm böyüklüyündəki həmin tüpürcək vəzlərinə insan orqanında əvvəllər rast gəlinməyib. Bu səbəbdən yeni kəşf tibb işçilərini təəccübləndirib. Araşdırmaçılar bildirib ki, yeni kəşf xərçəng xəstələrinin müalicəsində faydalı olacaq. Bu barədə analizlərin davam etdiyi deyilib.
Qeyd edək ki, alimləri bu vəzləri iki insan cəsədi üzərində apardıqları araşdırmalar zamanı tapıblar.//Yeniavaz.com