sehiyye.info

Dostlarına "müalicə məqsədi" ilə çaça gətirdi, özünü bəlaya saldı

Dostlarına "müalicə məqsədi" ilə çaça gətirdi, özünü bəlaya saldı
Gürcüstan vətəndaşı Vilnüs hava limanında dostları üçün evdə hazırlanmış çaçaya görə bəlaya düşüb.

Sehiyye.info xəbər verir ki, Gürcüstan vətəndaşı Litvada olan dostlarına hədiyyələr gətirmək istəyib və nəticədə o, arzuolunmaz vəziyyətlə üzləşib. O, cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə "Delfi" yazıb.

Məlumata görə, Gürcüstanda çaçanın (spirtli içki) evdə hazırlanmasına icazə verilir. Lakin Litvaya başqa ölkələrdən evdə hazırlanmış spirt idxal etmək qadağandır. Gürcünün çamadanında 10 litr çaça olub. Vilnüs hava limanında sərhədçilər ondan Litvaya səfərinin məqsədini soruşublar.

Gürcünün ölkədə qanuni işləməsini təsdiq edən sənədləri olmadığından, həmin şəxs dostunun sənədləri gətirməsini gözləyərək müvəqqəti saxlanılıb. 12 saatdan sonra sənədlər gətirilib, hər şey rəsmiləşdirilib, daha sonra Gürcüstan vətəndaşı gömrükxanaya göndərilib. Orada rentgen müayinəsindən sonra onun baqajının diqqətlə yoxlanması qərara alınıb.

Gömrük rəsmiləri bildiriblər ki, çamadanda iki 2 litrlik və dörd 1,5 litrlik "Coca Cola", "Fanta" və "Sprite" butulkalarının çində çaça var.

Gürcü içkini dostlarına müalicə məqsədilə gətirdiyini və onun Litvaya idxalının qadağan olunduğunu bilmədiyini söyləyib. Faktla bağlı araşdırmalara başlanılıb. Nəticədə məhkəmə 1500 avro məbləğində cərimə kəsib. Bundan əlavə, çaça da müsadirə edilib.//publika



REKLAM